Məktəbəqədər uşaqların Göz CheckUp Paketi, erkən uşaqlıq və məktəbəqədər dövrdə uşaqlarda ola biləcək göz problemlərinin vaxtında aşkarlanması və profilaktikası üçün nəzərdə tutulmuşdur. Uşaq orqanizminin kompensator potensiyalı yüksək olduğu üçün bir çox göz problemlərini maskalayaraq gözdən qaçırılmasına səbəb olur. Bu səbəbdən əksər göz problemləri valideyinlər tərəfindən müşahidə edilməyə bilir. Uşaqlarda vaxtında aparılmış düzgün müayinə bir çox zəifgörmə patologiyalarını, binokulyar görmə pozğunluqlarını, çəpgözlüyü, büllür bulanmaaı-kataraktanı, gizli gedişli qlaukomanı aşkarlamağa və bununla da gələcəkdəki geriyədönməz göz problemlərinin qarşıaını almağa imkan verir. Məktəbəqədər CheckUp Paketindən hiss olunan bir probleminin olub-olmamasından asılı olmayaraq bütün yaşdakı uşaqlar keçməlidirlər.

Məktəbəqədər CheckUp Paketinə daxildir: uşaqlarda görmə dərəcəsinin təyini (uşağın yaşından və ümumi vəziyyətindən asılı olaraq Avtorefraktometriya, Məsafədən Avtorefraktometriya və ya Skiaskopiya)
Gözdaxili təzyiqin təyini (uşağın yaşından və ümumi vəziyyətindən asılı olaraq Pnevmotonometriya, Goldmann tonometriyası, İ-Care tonometriya, Schiotz tonometriyası və ya Palpator Tonometriya)
Viziometriya (uşağın yaşı və ümumi vəziyyəti imkan verirsə)
Biomikroakopiya
Sikloplegiya
Retinoakopiya
Gözün Ultrasəs Muayinəsi
Stereogörmənin təyini
Rəngli görmənin təyini
Qeyd 1: uşağın yaşından və ümumi vəziyyətindın asılı olaraq göstərilən müayinələrin fərqli növlərindən istifadə edilə bilər.
Qeyd 2: uşağın ümumi vəziyyətindən aaılı olaraq bəzən bu müayinələrin aparılması üçün anestesteziya tələb oluna bilər.

CHECK UP: PAKETLƏRİMİZ