Müayinəyə gələrkən gətirməli olduğunuz sənəd və əşyalar:
– Şəxsiyyət vəsiqəsi
– İstifadə etdiyiniz dərmanlar və ya reseptlər
– Daha öncə mərkəzimizdə müayinədə olmusunuzsa, sizə verilən müayinə kartı (üzərində kod yazılan) və sənədlər
– İstifadə etdiyiniz eynək və kontakt linzalar
– Günəş eynəyi (müayinədən sonra açıq havada rahat görməyiniz üçün)
Qeyd! Kirpik dibi və gözətrafı kosmetikadan istifadə edən pasiyentlərimizdən xahiş edirik ki, müayinəyə gələrkən belə kosmetik vasitələrdən istifadə etməsinlər.
Tövsiyələr:
– Randevu tarixindən minimum 30 dəqiqə öncə mərkəzimizdə olmağınız tövsiyə olunur.
– Pik saatlarda gecikmə hallarının ola biləcəyini nəzərə almağınızı və zamanınızı ona uyğun tənzimləməyiniz tövsiyə olunur.
– Günorta saatlarında klinikanın ətrafında parkinq üçün yer tapmaq müşkül olduğundan ictimai nəqliyyat və ya taksi xidmətindən istifadə etməyiniz tövsiyə olunur.
– Əgər pasiyent, müayinədən sonra avtomobil idarə etməyi planlaşdırırsa, nəzərə almalıdır ki, müayinə vaxtı bəbək genişləndiriləcəyi üçün avtomobil idarə etməyi çətin olacaq. Ona görə də belə şəxslərin ya avtomobilsiz gəlmələrini, ya da başqa bir sürücü tapmalarını tövsiyə edirik.