Keratokonus CheckUp Paketi, xüsusilə yeniyetmə və gənc yaşdakı insanlarda görmənin azalması və buynuz qişanın dəyişdirilməsinə qədər aparıb çıxardan Keratokonus xəstəliyinin vaxtında aşkarlanması, dinamik müşahidəsi və reabilitasiyası üçün nəzərdə tutulmuşdur. Yuxarıda da qeyd etdiyimiz kimi, keratokonus xəstəliyi əksər hallarda yeniyetmə və gənc yaşlarda özünü göstərir. Xəstəlik proqressiv olduğuna görə vaxtında diaqnoz qoyulub, tədbir görülmədikdə buynuz qişanın dəlinməsinə qədər gətirib çıxardır. Bu səbəbə görə Keratokonusun erkən diaqnostikası həyati əhəmiyyət daşıyır.
Kimlər Keratokonus xəstəliyi baxımından risk altındadır: irsiyyətində keratokonus xəstəliyi olanlar, valideyinlərdən biri keratokonus olanlar, yüksək astiqmatizmi olanlar, zəifgörməsi olduğu halda eynək şüşələri ilə görmələri tam yaxşılaşmayanlar, uzunmüddətli allergik konyunktivitdən əziyyət çəkənlər, uzunmüddətli kontakt linzalardan istifadə edənlər, “Quru göz” xəstəliyindən əziyyət çəkənlər, görməsinin keyfiyyəti və kəmiyyəti sürətlə pisləşən insanlar və s.
Əgər siz də özünüzü yuxarıda qeyd olunan qruplardan hər hansı birinə aid hesab edirsinizsə, onda Keratokonus CheckUp Paket müayinəsindən keçməyiniz tövsiyə olunur.

Keratokonus CheckUp Paketinə daxildir:
Avtokeratorefraktometriya
Tonometriya
Korreksiya olunmuş Göz daxili təzyiqin təyini
Viziometriya
Biomikroskopiya
Sikloplegiya
Retinoskopiya
Plasido disk sistemli Keratotopoqrafiya
Scheimpflug sistemli keratotopoqrafiya
Paximetriya (Ultrasonik və Optik)
Spekulyar mikroskopiya
Hibrid kontakt linza uyumluluğu

CHECK UP: PAKETLƏRİMİZ