MÜAYİNƏLƏR

Refraktometriya

1.1. Avtorefraktokeratometriya- Gözün refraktiv dərəcəsini yəni uzaqdan görmənin, yaxından görmənin və dağınıq görmənin (astiqmatizmin) dərəcəsini təyin etmək üçün istifadə olunur. Müasir cihazların əksəriyyətində gözün dərəcəsini təyin etməklə bərabər buynuz qişanın ən dik və ən yastı oxlarını təyin edən (keratometr) sistem də inteqrasiya edilmişdir. Bu məqsədlə avtomatlaşdırılmış cihazlardan istifadə edilir ki, həmin cihazlar Avtorefraktokeratometr adlanır.
1.2. Pediatrik refraktometriya- Avtorefraktokeratometrlərdə pasiyentlər müayinə üçün çənələrini çənəliyə qoyub alınlarını alınlığa dirəməlidirlər və bir neçə saniyə ərzində tərpənməməlidirlər. Kiçik yaşlı uşaqlar sakit dura bilmədikləri üçün bu müayinəni onlarda aparmaq olmur. Belə hallarda məsafədən (1 metr) görmə dərəcəsini ölçən cihazlar (HAND HELD RDFRACTOMETER) istifadə olunur. Bu metodla yaşı 6 aydan yuxarı olan uşaqların göz dərəcəsini təyin etmək olur. Bu cihazların informativliyi Avtirefraktometr cihazlarına nisbətən azdır.
1.3. Skiaskopiya- Retinoskop/skiaskop və skiaskopik xətkeş vasitəsi ilə göz dərəcəsinin təyinidir. Yaşı 6 ayın altındakı uşaqlarda göz dərəcəsinin təyini və Hand HELD REFRACTOMETER-lərlə əldə edilən məlumatların təsdiqlənməsi üçün istifadə olunur.

Keratometriya

2.1. Avtorefraktometrik keratometriya- buynuz qişanın ən dik və ona perpendikulyar olan ən yastı oxlarının kompyuterizə olunmuş avtomatik sistemlərlə ölçülməsidir. Bu metod buynuz qişanın əyrilik radiuslarını millimetrik və dioptrik şkalalar ilə ölçə bilir. Bu müayinə vasitəsi ilə buhnuz qişanın sındırma gecü haqüında məlumat əldə edə bilirik.
2.2 Plasido disk sistemli topoqrafik keratometriya- buynuz qişanln səthinə əks olunan işıqlı dairəvi disklərin arasındakı məsafə fərqlərinə görə ölçülən keratometrik dəyərlərdir. Buynuz qişanın ön səthinin əyrilik radiusu haqqıda ən dəqiq məlumatı verən müayinə metodudur.
2.3. Scheimpflug sistemli topoqrafik keratometriya-bugnuz qişaya nazik işıq seli şəklində göndərilən şüaların buynuz qişadan keçərkən çəkilən çoxsaylı fotokəsiklərin alqoritmik analizi nəticəsində buynuz qişanın ön və arxa səthinin keratometrik dəyərləri əldə edilir. Bu müayinə buynuz qişanın arxa səthinin keraometrik dəyərlərini ölçməyin ən dəqiq metodudur.
2.4. Yataq xəstəsinin keratometriyası- kiçik yaşlı uşaqlar, dik vəziyyətdə dura bilməyən xəstələr və anesteziya altındakı xəstələrin kerstometrik dərəcələrinin ölçülməsi üçün əvəzolunmaz metoddur. Mərkəzimizdə bu müayinəni tam müstəqil HAND HELD KERATOMETER və Biometriya cihazına inteqrasiya edilmiş KERATOMETER vasitəsi ilə aparırıq.

Tonometriya

3.1. Pnevmotonometriya- kompyuterizə edilmiş xüsusu cihazlar gözün buynuz qişasına müəyyən olunmuş təzyiq ilə hava dəstəsi üfürür, bu hava dəstəsinin buynuz üişada səbəb olduğu çökəlmə dərəcəsinə uyğun olaraq təzyiq ölçülmüş olur. Pnevmotonometriyada gözdaxili təzyiqin normal sərhədləri 10-21 mm.c.st-dur. Ölçmə işi sürətli olduğu üçün ümumi screening üçün uyğundur. Amma diaqnoz qoymaq üçün yetərli deyil. Bu metodda məlumatların etibarlılığını artırmaq üçün buynuz qişanın qalınlığını nəzərə alaraq Korreksiya Olunmuş Gözdaxili Təzyiq anlayışından istifadə olunur.
3.2. Schiotz tonometriyası- pasiyent uzanıqlı vəziyyətdə, göz yerli keyləşdiricilər altında xüsusi ağırlığa malik çubuqlar buynuz qişaya şaquli toxundurularaq, buynuz qişanın çökəlməsinə mütənasib cihazın şkalasındakı rəqəmləri şablon cədvəllə uyğunlaşdıraraq gözdaxili təzyiq haqqında məlumat əldə edilir. Bu metod ilə normal gözdaxili təzyiq dəyərləri 12-24 mm.c.st-dur. Pnevmotonometriyaya nəzərən daha etibarlı məlumatlar versə də, müayinənin çətinliyi və vaxtaparanlığına görə kütləvi istifadəyə uyğun deyil. Ancaq pnevmotonometriyada təzyiqə şübhə olduqda məlumatı dəqiqləşdirmək üçün istifadə olunur. Çox nadir halda buynuz qişadakı problemlərə körə pnevotonometriya ölçüm verməyəndə də bu metod istifadə oluna bilər.
3.3. Goldmann applanasyon tonometriyası- biomikroskopa motaj edilmiş xüsusi applanator vasitəsi ilə ölçüm aparılır. Xəstə biomikroskopun önünə əyləşdirilir, gözə keyləşdirici damla damızdırılaraq bir neçə dıqiqə gözlənilir. Keyləşmə olduqdan sonra gözə durulaşdırılmış Fluoressein damla damızdırılır. Alətin uçluğu dezinfeksiya edildikdən sonra qaranlıq otaqda maksimal intensivlikli Cobalt mavisi işıqla 45 dərəcə bucaq altında buynuz quşa müayinə olunur. Görmə sahəsindəki iki ədəd yarımdairənin əks ucları toqquşans qədər buynuz qişa təzyiq ilə sıxılır. Əldə edilən rəqəm gözdaxili təzyiqi göstərir. Goldmann tonometriyasın “Qızıl Standart” olaraq qəbul edilməkdədir. Bu metodla normsl gözdaxili təzyiq intervalı 12-22 mm.c.st-dur.
3.4. İ-Care rebaund tonometriyası- müxtəlif model İ-Care cihazları vasitəsi ilə buynuz qişaya müəyyən olunmuş təzyiq ilə ucu topuzlu iynələr itələnir. Bu iynələrin geri qayıtma təziqinfəki fərqə uyğun olaraq gözdaxili təzyiq ölçülmüş olur. Bu metod ilə gözdaxili təzyiqin normal dəyərləri 11-24 mm.c.st-dur. Bu metod günümüzdə ən etibar olunan metodlardan sayılır və hətta bəzən artıq “Qızıl Standart” da deyilir. Müayinənin qısa olması bu metodu daha istifadəli edir.

Paximetriya

4.1. Ustrasonik paximetriya- buynuz qişanın qalınlığının ultrasəs probları vasitəsi ilə ölçülməsidir. Bu metodda ancaq buynuz qişaya toxunduğunuz nöqtənin qalınlığını ölçə bilirsiniz. Bu metodun artefaklara açıq olması və buynuz qişanın ən incə yerini təyin edə bilməməsi çatmamazlığıdır. Əksər hallarda digər metodlarda şübhəli hallar olarsa nəticələrin təsdiqlənməsi üçün istifadə edilir.
4.2. Optik paximetriya- kopyutesizə edilmiş xüsusi cihazlar vasitəsi ilə buynuz qişaya təmas etmədən onun qalınlığını ölçmayə imkan verən metoddur. Təmassız olması, ağrısızlaşdırmağa ehtiyac olmaması və dəqiqliyi bu metodu əhəmiyyətli edir. Ölçümü ancaq buynuz qişanın optik mərkəzindən götürdüyü üçün buynuz qişanın ən incə yerini təyin edə bilmir.
4.3. Keratotopoqrafikpaximetriya-günümüzdə demək olar ki, bütün keratotopoqraflar buynuz qişanın qalınlığını həssaslıqla ölçə bilir. Önəmli üstünlüyündən biri də buynuz qişanın ən incə nöqtəsini təyin edə bilməsidir. Digər bir üstünlüyü buynuz qişanın istənilən nöqtəsinin qalınlığını tək ölçmədə təyin etmiş olmasıdır.

Lensmetriya

 Lensmetriya- eynək və ya kontakt linzaların dioptriyasını (dərəcəsini) təuin etmək eçen istifadə edilən müayinə metodudur. Lensmetrlar vasitəsilə eynək şüşəsinin sferik dəyərini, astiqmarizmin dəyərini və bucağını təyin etmək mümkündür. Bundan əlavə proqressiv şüşələrdə proqressiv əlavəsini, bifokallarda yaxın əlavəsini, bəbəklərarası məsafəni, şüşələrin UV filtrləməsini ölçmək mümkündür.

Viziometriya

Viziometriya- görmə itiliyinin ölçülməsidir. Bu müayinə metodunda pasiyentin çılpaq göz ilə görmə qabiliyyəti ( onluq sistem və ya faiz ilə) və korreksiya ilə görmə qabiliyyəti ölçülür. Məhz bu müayinədə təmbəl göz barədə məlumat əldə edilir. Pasiyentlərə eynək və ya kontakt linzalar məhz bu müayinənin nəticəsinə görə yazəlır.

Keratotopoqrafiya

7.1 Placido Keratotopoqrafiya- buynuz qişanın səthinin relyefi haqqında məlumatı bu müayinə vasitəsi ilə əldə edirik. Müxtəlif sayda işıqlı dairələr buynuz qişaya proyeksiya olunaraq buynuz qişanın sıthindəki bu dairələrin əksinin kopyuter proqramları vasitəsi ilə analizi aparılır. Bu metodda buynuz qişanın tangensial və sagittal xəritələri çıxarılaraq relyef haqqında dəqiq məlumat əldə edilir. Bu müayinə vasitəsi ilə keratokonusa, refraktiv əməliyyat keçirilmiş buynuz qişaya, astiqmatizmin tipinə diaqnoz qoyulur. Zəifgörmə əməliyyatlarına qərar vermədən öncə mütləq bu müayinə aparılmalıdır.
7.2. Scheimpflug keratotopoqrafiyası- buynuz qişaya bəlli ölçülərdə yarəqşəkilli işıq seli yönləndirilir və saniyədə 25-50 ədəd şəkil çəkilir. Əldə edilmiş görüntülər xüsusi proqram tərıfindən analiz olunaraq buynuz qişanın ön səthi, arxa səthi, stroması, ön kamera və büllurun ön hissəsi ilə əlaqəli çoxlu məlumat əldə edilir. Buynuz qişanın ön səthi haqqında Placido sistemlər qədər dəqiq müayinə etməsə də, buynuz qişanın arxa səthi ilə əlaqədar ən dəqiq məlumatı verməkdədir. Günümüzdə bəzi kombinə sistemlər vardır ki, bunlar Placido və Scheimpflug sistemlərini birləşdirərək yekun məlumat verir. Bu sistemlər gözün ön seqmentinin analizində əvəzolunmazdır.

Fundus Fluoressein Angioqrafiyası

Rəngli Fundus fotoqrafiyası

OCT-Gözün Optik Koherrent Tomoqtafiyası

Spekulyar biomikroskopiya

Gözün Ultrasəs müayinəs

Perimetriya

Biomikroskopiya

Fuduskopiya

Ekzoftalmometriya

Çəpgözlüyün müayinəsi

Stereotest

Binokulyar görmənin təyini

Dominant gözün təyini

İshihara testi

Quru göz müayinələri

Meybomqrafiya

Pupillometriya

APD, RAPD

Lakrimal kanal keçiriciliyinin müayinəsi

Kontakt linzaların təyini