3.1. Pnevmotonometriya- kompyuterizə edilmiş xüsusu cihazlar gözün buynuz qişasına müəyyən olunmuş təzyiq ilə hava dəstəsi üfürür, bu hava dəstəsinin buynuz üişada səbəb olduğu çökəlmə dərəcəsinə uyğun olaraq təzyiq ölçülmüş olur. Pnevmotonometriyada gözdaxili təzyiqin normal sərhədləri 10-21 mm.c.st-dur. Ölçmə işi sürətli olduğu üçün ümumi screening üçün uyğundur. Amma diaqnoz qoymaq üçün yetərli deyil. Bu metodda məlumatların etibarlılığını artırmaq üçün buynuz qişanın qalınlığını nəzərə alaraq Korreksiya Olunmuş Gözdaxili Təzyiq anlayışından istifadə olunur.
3.2. Schiotz tonometriyası- pasiyent uzanıqlı vəziyyətdə, göz yerli keyləşdiricilər altında xüsusi ağırlığa malik çubuqlar buynuz qişaya şaquli toxundurularaq, buynuz qişanın çökəlməsinə mütənasib cihazın şkalasındakı rəqəmləri şablon cədvəllə uyğunlaşdıraraq gözdaxili təzyiq haqqında məlumat əldə edilir. Bu metod ilə normal gözdaxili təzyiq dəyərləri 12-24 mm.c.st-dur. Pnevmotonometriyaya nəzərən daha etibarlı məlumatlar versə də, müayinənin çətinliyi və vaxtaparanlığına görə kütləvi istifadəyə uyğun deyil. Ancaq pnevmotonometriyada təzyiqə şübhə olduqda məlumatı dəqiqləşdirmək üçün istifadə olunur. Çox nadir halda buynuz qişadakı problemlərə körə pnevotonometriya ölçüm verməyəndə də bu metod istifadə oluna bilər.
3.3. Goldmann applanasyon tonometriyası- biomikroskopa motaj edilmiş xüsusi applanator vasitəsi ilə ölçüm aparılır. Xəstə biomikroskopun önünə əyləşdirilir, gözə keyləşdirici damla damızdırılaraq bir neçə dıqiqə gözlənilir. Keyləşmə olduqdan sonra gözə durulaşdırılmış Fluoressein damla damızdırılır. Alətin uçluğu dezinfeksiya edildikdən sonra qaranlıq otaqda maksimal intensivlikli Cobalt mavisi işıqla 45 dərəcə bucaq altında buynuz quşa müayinə olunur. Görmə sahəsindəki iki ədəd yarımdairənin əks ucları toqquşans qədər buynuz qişa təzyiq ilə sıxılır. Əldə edilən rəqəm gözdaxili təzyiqi göstərir. Goldmann tonometriyasın “Qızıl Standart” olaraq qəbul edilməkdədir. Bu metodla normsl gözdaxili təzyiq intervalı 12-22 mm.c.st-dur.
3.4. İ-Care rebaund tonometriyası- müxtəlif model İ-Care cihazları vasitəsi ilə buynuz qişaya müəyyən olunmuş təzyiq ilə ucu topuzlu iynələr itələnir. Bu iynələrin geri qayıtma təziqinfəki fərqə uyğun olaraq gözdaxili təzyiq ölçülmüş olur. Bu metod ilə gözdaxili təzyiqin normal dəyərləri 11-24 mm.c.st-dur. Bu metod günümüzdə ən etibar olunan metodlardan sayılır və hətta bəzən artıq “Qızıl Standart” da deyilir. Müayinənin qısa olması bu metodu daha istifadəli edir.

Tonometriya