Keratokonus mərkəzimizdə Dr Rəfadar Xəlilovun rəhbərliyi altında xəstəliyin diaqnostikası,əməliyyatları və pasiyentlərin reabilitasiyası müasir tələblərə uyğun şəkildə həyata keçirilir. Keratokonus mərkəzimizdə keratokonus xəstəliyinin erkən diaqnostikası üçün lazım olan bütün müayinə metodları mövcuddur. Ümumiyyətlə Ayna Göz Lazer Mərkəzində müayinə olunan bütün xəstələrə keratokonus xəstəliyinin skrininqi aparılır. Mərkəzimiz fərqli sistemlər ilə çalışan keratotopoqraflarla, fərqli sistemlər ilə çalışan paximetrlər ilə təchiz olunub. Bu mərkəzdə keratokonus xəstəliyinin diaqnozu qoyularaq gözün vəziyyətinə uyğun xəstələrə müalicə planlaması aparılır. Keratokonus xəstəliyində Keratoplastika əməliyyatından başqa digər bütün əməliyyatlar illərdir uğurla həyata keçirilir. İstər Corneal Cross Linking, istər İntrakorneal Segment (Ring) İmplantasiyası, istər də RK və LRİ əməliyyatları mərkəzimizdə icra olunmaqdadır. Əməliyyatdan sonrakı periodda isə xəstələrin görmə qabiliyyətlərinin daha keyfiyyətli olması üçün isə məhz keratokonus xəstələri üçün özəl dizayn edilmiş Hibrid Linzalardan istifadə edirik. Bu linzalar vasitəsilə xəstələrimizin əksəriyyəti 90-100% görmə ilə təmin olunur. Mərkəzimiz keratokonus xəstələri üçün Azərbaycandakı texniki cəhətdın ən çox təchizolunmuş, ən geniş və uzunmüddətli təcrübəyə malik və ən ixtisaslaşmış mərkəzdir.

Keratokonus mərkəzi