4.1. Ustrasonik paximetriya – Ultrasəs problar vasitəsilə buynuz qişanın qalınlığının ölçülməsidir. Bu metodla ancaq buynuz qişaya toxunduğunuz nöqtənin qalınlığını ölçmək mümkündür. Buynuz qişanın ən incə yerini təyin edə bilməməsi və artefaklara açıq olması bu metodun çatmamazlığıdır. Əksər hallarda digər metodlarda şübhəli hallar olarsa nəticələrin təsdiqlənməsi üçün istifadə edilir.
4.2. Optik paximetriya – Xüsusi cihazlar vasitəsi ilə gözün buynuz qişasının qalınlığını ölçmək üçün istifadə edilən təmassız bir metoddur. Təmassız olması, ağrısızlaşdırmağa ehtiyac duyulmaması və dəqiqliyi bu metodu vacib edən əsas amillərdəndir. Ölçümü ancaq buynuz qişanın optik mərkəzindən götürdüyü üçün isə buynuz qişanın ən incə yerini təyin edə bilmir.
4.3. Keratotopoqrafik paximetriya – Günümüzdə demək olar ki, bütün keratotopoqraflar buynuz qişanın qalınlığını həssaslıqla ölçə bilir. Bu müayinə üsulunun önəmli üstünlüklərindən biri buynuz qişanın ən incə nöqtəsini təyin edə bilməsidir. Eyni zamanda buynuz qişanın istənilən nöqtəsinin qalınlığını tək ölçümdə təyin edə bilir.

Paximetriya