Göz estetikası və Quru göz mərkəzi Dr. Gülnarə Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərir. Mərkəzimizdə göz qapaqları, kirpiklər, kirpik dibləri, konyunktiva qişası, göz yaşı kanalı xəstəlikləri, quru göz sindromunun diaqnostikası, müalicəsi və profilaktikası həyata keçirilir. Bu patalogiyaların müalicəsində estetik tələblərin gözlənilməsi ilə yanaşı funksionnalıq da diqqətə alınır. Müxtəlif növ qapaq patalogiyaları diqqətlə araşdırılaraq pasiyentə ən uyğun müalicə planı hazırlanır. Quru göz sindromunda da istər diaqnostik, istər də müalicəvi işlər həyata keçirilir. Göz yaşı film təbəqəsinin kəmiyyət və keyfiyyət müayinələri (Schirmer testi, BUT və Non invasive-BUT), kirpik dibi piy vəzilərinin vəziyyətini müəyyən edən “Maibography” müayinəsi aparılır.