Qlaukoma mərkəzi Dr. Rəfadar Xəlilovun rəhbərliyi altında fəaliyyət göstərir. Mərkəzimizdə Qlaukomanın erkən diaqnostikası, müayinəsi, müalicəsi və profilaktikası üçün bütün şərait qurulmuşdur. Qlaukoma mərkəzimiz gözdaxili təzyinin ölçülməsi üçün müxtəlif cihazlarla təchiz olunmuşdur. Gözdaxili təzyiqi sadəcə bir metod ilə yoxlamaqla kifayətlənmirik və şübhəmizi digər metodla ilə yoxladıqdan sonra dəqiqləşdirmiş oluruq. Qlaukoma xəstəliyinin diaqnozunun qoyulması qədər dinamik müşahidəsi də önəmlidir. İstər diaqnozun qoyulması, istər də dinamik müşahidə üçün lazım olan bütün müasir müayinə metodları mərkəzimizdə mövcuddur. Görmə siniri başının OCT analizi, Görmə sahəsinin geniş analizi olan Perimetriya müayinələri mərkəzimizdə həyata keçirilməkdədir. Qlaukomanın konservativ müalicə metodları və Cərrahi müalicə metodları mərkəzimizdə uğurla aparılmaqdadır.