Şəkərli Diabetlilərin Göz CheckUp Paketi, Şəkərli diabeti olan xəstələrdə diabetin gözə vermiş olduğu zərərin vaxtında aşkar olunması və Şəkərli Diabetə bağlı korluğun profilaktikası üçün nəzərdə tutulmuşdur. Şəkərli diabet ciddi nəzarət altına alınmadıqda bütün digər orqanlarda olduğu kimi gözdə də bəzən geriyədönməz dəyişikliklərə gətirib çıxara bilir. Xəstələrə diabet diaqnozu qoyulduqdan sonrakı ilk illərdə gözdə hiss olunan narahatçılıqlar olmasa də bir müddətdən sonra gözün torlu qişasında korluqla nəticələnə bilən patalogiyalara səbəb olur. Belə aqibətdən uzaq olmaq üçün Şəkərli Diabeti olan xəstələrin diaqnozu qoyulduqdan sonrakı ilk 7 il müddətində ildə bir dəfə, 7 ildən sonra isə ildə iki dədə Şəkərli Diabetlilərin Göz CheckUp Paket müayinələrindən keçmələri vacibdir.

Şəkərli Diabetlilərin Göz CheckUp Paketinə daxildir:
Avtokeratorefraktometriya
Pnevmotonometriya
Paximetriya
Korreksiya olunmuş Gözdaxili Təzyiqin təyini
Viziometriya
Biomikroskopiya
Sikloplegiya
Retinoskopiya (kontakt, nonkontakt)
Rəngli Fundus Fotoqrafiya
Fundus Fluoressein Angioqrafiya (FFA)
OCT-makula və periferik
OCT-Angio

CHECK UP: PAKETLƏRİMİZ