Qlaukoma CheckUp Paketi
Qlaukoma CheckUp Paketi gözdaxili təzyiqin yüksək olmasına bağlı gözdə ortaya çıxan pataloji prosesslərin vaxtında aşkarlanması və gələcəkdə ola biləcək problemlərin profilaktikasının mütəmadi dinamik müşahidəsi üçün nəzərdə tutulub. Məlumdur ki, Qlaukoma xəstəliyi erkən dövrlərdə əsasən heç bir əlamətlə müşahidə olunmadığına görə insanların böyük əksəriyyəti onlarda gözdaxili təzyiqin yüksək olmasından xəbərləri olmur. Belə olan halda xəstəliyə ya təsadüfi həkim müayinəsində, ya da iş-işdən keçdikdən sonra problemlər qabaranda diaqnoz qoyulur. Çox təəssüf ki, ikinci halda xəstələrin itmiş görmələrini bərpa etmək üçün artıq çox gec qalınmış olur. Elə buna görə də Qlaukomanı “hiyləgər” xəstəlik adlandırırlar. Amma bir məqamı unutmamaq lazımdır ki, Glaukoma vaxtında aşkarlanarsa və düzgün müalicə və təqib olunarsa xəstələrin ömürlərinin sonuna qədər onlara zərər verməz. Biz Göz həkimləri Xəstəlikdən yox, Səhlənkarlıqdan qorxuruq.
Kimlər daha çox risk altındadırlar: irsiyyətində Qlaukoma xəstəliyi olanlar, yüksək dərəcəli miopiya və ya hipermetropiyası olanlar, uveit xəstələri, gözdən travma almış insanlar, uzun müddət Qlukokortikoid dərman müalicəsi alanlar, uzun müddət nəzarətsiz şəkərli diabeti olanlar və s. Özünüzü yuxarıda sadalanan qruplardan hər hansı birinə aid hesab edirsinizsə mütləq mütəmadi olaraq Glaukoma CheckUp Paket müayinəsindən keçməlisiniz.

Qlaukoma CheckUp Paketinə daxildir:
Avtokeratorefraktometriya
Pnevmotonometriya
Viziometriya (Korreksiyasız və korreksiya ilə görmə itiliyinin təyini)
Biomikroskopiya
Sikloplegiya
Retinoskopiya
Keratotopoqrafiya
Paximetriya (Ultrasonik və Optik)
Korreksiyaolunmuş Gözdaxili təzyiqin təyini
Perimetriya
Goldmann Applanasiyalı tonometriyası
İ-Care Rebaund tonometriyası
Schiotz tonometriyası
Qonioskopia
OCT-RNFL (Sinir lifləri qalınlığının təyini)
OCT-Optik sinir başının analizi
OCT-Ganglion hüceyrə analizi

CHECK UP: PAKETLƏRİMİZ