7.1 Placido Keratotopoqrafiya – Bu müayinə üsulu ilə buynuz qişanın səthinin relyefi haqqında məlumat əldə edilir. Müxtəlif sayda işıqlı dairələr buynuz qişaya proyeksiya olunaraq, buynuz qişanın səthindəki bu dairələrin əksinin kopyüter proqramları vasitəsi ilə analizi aparılır. Bu metodla buynuz qişanın tangensial və sagittal xəritələri çıxarılaraq relyef haqqında dəqiq məlumat əldə edilir. Eyni zamanda keratokonusa, refraktiv əməliyyat keçirilmiş buynuz qişaya, astiqmatizmin tipinə diaqnoz qoyulur. Zəifgörmə əməliyyatlarına qərar vermədən öncə mütləq bu müayinə həyata keçirilməlidir.
7.2. Scheimpflug keratotopoqrafiyası – buynuz qişaya bəlli ölçülərdə yarıqşəkilli işıq seli yönləndirilir və saniyədə 25-50 ədəd şəkil çəkilir. Əldə edilmiş görüntülər xüsusi proqram tərəfindən analiz olunaraq buynuz qişanın ön və arxa səthi, stroması, ön kamera və büllurun ön hissəsi ilə əlaqəli çoxlu məlumat əldə edilir. Buynuz qişanın ön səthi haqqında Placido sistemlər qədər dəqiq müayinə etməsə də, buynuz qişanın arxa səthi ilə əlaqədar ən dəqiq məlumatı verməkdədir. Günümüzdə bəzi kombinə sistemlər vardır ki, bunlar Placido və Scheimpflug sistemlərini birləşdirərək yekun məlumat verir. Bu sistemlər gözün ön seqmentinin analizində əvəzolunmazdır.

Keratotopoqrafiya