Ölkəmizin ən öndə gedən klinikalarından biri sayılan Ayna Göz Lazer Mərkəzi 2017-ci ildən bəri fəaliyyət göstərir. Mərkəzimizdə bu günə qədər on minlərlə insan müayinə olunaraq dərdlərinə şəfa tapmış, əməliyyat olunaraq gözləri nura qovuşmuşdur. Ayna Göz Lazer Mərkəzinin qurucusu Tibb Elmləri üzrə fəlsəfə doktoru, oftalmoloq-cərrah Dr.Rəfadar Xəlilov Salman oğlu 1999-cu ildən xalqımızın sağlamlığı üçün yorulmadan gecə-gündüz çalışan peşakarlardan həkimlərdən biridir.

Məqsədimiz: Xalqımıza keyfiyyətli, effektiv, yüksək dəqiqlikli və əlçatan oftalmoloji xidmət göstərməkdir.
Hədəfimiz: Tibbin ən son nailiyyətlərini ölkəmizdə tətbiq edərək, daha çox insana xidmətlərimizi çatdırmaqdır.

Niyə Ayna Göz Lazer Mərkəzi?

Ayna Göz Lazer Mərkəzində ekzimer lazerlə yaxındangörmə, uzaqdangörmə, astiqmatizm və buynuz qişa bulanmalarını aradan qaldırmaq üçün unikal cərrahi əməliyyatlar həyata keçirilir, müasir standartlara cavab verən bütün növ göz xəstəliklərinin müayinə və müalicəsi aparılır.

Müasir müalicə üsulları:
Biz, sübut olunmuş tibb prinsiplərinə əsaslanaraq müasir beynəlxalq standartlara cavab verən metodlardan istifadə edirik.

Yüksək texnoloji avadanlıq:
Biz, yalnız müasir və etibarlı, dünyanın aparıcı istehsalçılarının qabaqcıl avadanlıqlardan istifadə edirik.

Düzgün müayinə və müalicə: Gülərüz, səmimi, peşəkar komanda ilə mərkəzimiz insanların sağlamlığının qayğısına qalır!
Gözlərinizə qayğı ilə yanaşaraq , dəyərli pasiyentlərimizin problemlərinə ən smart həll yolları tapıb tətbiq edirik.

“AYNA” GÖZ LAZER MƏRKƏZİ