Çəpgözlük və reabilitasiyası mərkəzimiz Dr. Sevda Yunusovanın rəhbərliyi altında fəaliyyət göstərir. Mərkəzimizdə istər uşaqlarda, istərsə də böyüklərdə olan çəpgözlüyün diaqnostikası, detallı müayinəsi, cərrahi müalicəsi və əməliyyatdan sonrakı reabilitasiyası təşkil olunmuşdur. Binokulyar görmə pozğunluğu, stereogörmənin pozulması, ikili görmə, çəplik bucağının müxtəlif metodlar ilə doğru təyini müalicə və ya əməliyyatın uğurla nəticələnməsinin təməlidir. Mərkəzimizdə çəpgözlüyün eynək vasitəsilə, fizioterapevtik metodlar ilə və cərrahi metodlar ilə aradan qaldırılması uğurla həyata keçirilməkdədir. Əməliyyatdan sonra çəpliyin təkrar geri qayıtmaması üçün xəstələrin əməliyyatdan sonrakı reabilitasiyası və vaxtaşırı müayinə planının hazırlanması həm bizim, həm də pasiyentlərimizin üzünü güldürür. Nəticələrimizin daha qənaətbəxş və stabil qalması həkim-xəstə işbirliyinin nəticəsində mümkün olur. Mərkəzimizin məqsədlərindən biri də bu işbirliyini təmin etməkdən ibarətdir.

Çəpgözlük və reabilitasiyası mərkəzi