1.1. Avtorefraktokeratometriya – Gözün refraktiv dərəcəsini, yəni uzaqdan görmənin, yaxından görmənin və dağınıq görmənin (astiqmatizmin) dərəcəsini təyin etmək üçün istifadə olunur. Müasir cihazların əksəriyyətində gözün dərəcəsini təyin etməklə bərabər, buynuz qişanın ən dik və ən yastı oxlarını təyin edən (keratometr) sistemdə inteqrasiya edilmişdir. Bu məqsədlə avtomatlaşdırılmış cihazlardan istifadə edilir ki, həmin cihazlar avtorefraktokeratometr adlanır.

1.2. Pediatrik refraktometriya – Avtorefraktokeratometrlərdə pasiyentlər müayinə üçün çənələrini çənəliyə qoyub alınlarını alınlığa dirəməlidirlər və bir neçə saniyə ərzində tərpənməməlidirlər. Kiçik yaşlı uşaqlar sakit dura bilmədikləri üçün bu müayinəni onlarda aparmaq olmur. Belə hallarda məsafədən (1 metr) görmə dərəcəsini ölçən cihazlar (Hand Held Refractometer) istifadə olunur. Bu metodla yaşı 6 aydan yuxarı olan uşaqların göz dərəcəsini təyin etmək olur. Bu cihazların informativliyi avtorefraktometr cihazlarına nisbətən azdır.

1.3. Skiaskopiya – Retinoskop/skiaskop və skiaskopik xətkeş vasitəsi ilə göz dərəcəsinin təyinidir. 0-6 ay yaşlarında olan uşaqlarda göz dərəcəsinin təyini və “Hand Held Refractometer”lərlə əldə edilən məlumatların təsdiqlənməsi üçün istifadə olunur.

Refraktometriya