Randevu alarkən

Mərkəzimizə həkim müayinəsinə gəlməzdən əvvəl randevu almağınızı tövsiyə edirik. Canlı Növbə sıramız olsa da, müayinəyə ilkin olaraq randevu alan və son iki həftə ərzində əməliyyat olunan pasiyentlər qəbul edilir. Daha sonra isə Canlı Növbədə gözləyənlər müayinə olunur.
Randevu gözləmə vaxtı 15-90 günlük müddəti əhatə edə bilir. Buna görə də, müayinəyə gəlməmişdən təxminən 2 ay öncə zəng edib randevu almanızı və ya klinikadan çıxmadan növbəti müayinə tarixini qeydiyyat şöbəsində dəqiqləşdirməyinizi məsləhət görürük.
Uzun növbələrdə gözləməmək üçün sosial media hesablarımızda və ya vebsaytımızda qeyd olunan nömrələrlə əlaqə saxlayaraq növbə götürə bilərsiniz.
Qeyd edək ki, randevu alan pasiyentlərimizə müayinə vaxtından 1-2 gün əvvəl əməkdaşlarımız tərəfindən xatırlatma edilir. Bu səbəbdən, təqdim edəcəyiniz telefon nömrəsinin daima işlək vəziyyətdə olduğundan əmin olun.

Randevu alarkən