Zəifgörmənin bərpası mərkəzində istər refraktiv qüsurlara bağlı zəifgörmələrdə, istərsə də digər patalogiyalara bağlı əmələ gələn zəifgörmələrdə pasiyentlərin görmə qabiliyyətinin bərpası üçün lazımi işlər görülür. Yüksək dərəcəli eynək, kontakt linza və teleskopik eynəklər vasitəsilə görmə qabiliyyətinin artırıla biləcəyi araşdırılaraq, xəstələrə düzgün istiqamət verilir. Günümüzdə belə xəstələrin reabilitasiyası üçün yüksək keyfiyyətli kameralarla təchiz olunmuş eynəyəbənzər vasitələrdən istifadə edilməkdədir. Mərkəzimizin fəaliyyətinin bir istiqaməti də, bu vasitələrin xəstələrimizə uyğunluğunu müəyyənləşdirməkdə kömək etməkdir.

Zəifgörmənin bərpası (reabilitasiyası) mərkəzi