Kontakt linza mərkəzində Dr. Çinarə Məcidovanın rəhbərliyi altında geniş çeşiddə kontakt linzaların seçilməsi və təlimlərin verilməsi həyata keçirilir. Mərkəzimizdə geniş çeşiddə Sadə Yumşaq Kontakt Linzalar, Torik Yumşaq Kontakt Linzalar, nahamar səthli buynuz qişalarda görmənin korreksiyası üçün Sərt Qazkeçirən Kontakt Linzalar (RGP), kosmetik məqsədlə istifadə olunan Protestik Kontakt Linzalar və keratokonus xəstələrində görmənin korreksiyası üçün Hibrid Kontakt Linzalar mövcuddur.
Məhz bu mərkəzimizdə pasiyentlərin istəyinə uyğun olaraq kontakt linzaların seçilməsi, istifadəsi ilə əlaqəli təlimlərin keçirilməsi və istifadəsi zamanı ortaya çıxan problemlərin vaxtında həll edilməsi həyata keçirilir.

Kontakt linza mərkəzi